Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

AZTV gəmi-muzeydə keçirilən “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” sərgisi barədə reportaj hazırlayıb - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində Milli Azərbaycan Tarix Muzeyinin dəstəyi ilə 20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar təşkil olunan  “20  Yanvar – Qəhrəmanlıq salnaməsi” sərgisi haqqında AZTV-nin "Telesəhər" verilişinin əməkdaşları geniş reportaj hazırlayıblar.

Reportajda sərgidə nümayiş olunan eksponatlar, rəsm əsərləri, eləcə də “20 yanvarda doğulanlar” bədii-sənədli filmi barədə ətraflı məlumat verilib, sərginin məqsədi və əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, yanvarın 17-dən başlayan “20  Yanvar – Qəhrəmanlıq salnaməsi” sərgisi 21 yanvaradək davam edəcək. 20 yanvar günü isə “Suraxanı” gəmi-muzeyində “Açıq qapı günü” keçiriləcək və muzeyə giriş hər kəs üçün ödənişsiz olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır