Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Aliağada gəmi söküntüsü sahəsində tankerdə yanğın baş verib

İzmirin Aliağa rayonunda "Şimşəklər" gəmi söküntüsü müəssisəsində bir tankerdə yanğın baş verib. 

"Seanews.az" xəbər verir ki, alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Həmçinin Aliağa Yanğınsöndürmə İdarəsinin əməkdaşları tərəfindən yanğına müdaxilə edilib.

Tankerdə təxminən 50 ton xam neft olduğu və bunun partlayış riski yaratdığı müəyyən edilib. Mütəxəssislər ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün yanğına ehtiyatla müdaxilə edirlər.

Rəsmilər yanğının səbəbi ilə bağlı ətraflı araşdırma başladıb. Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib və ətrafdakı digər gəmi söküntüsü sahələrinin də yanğından zərər görməməsi üçün genişmiqyaslı tədbirlər görülüb.

Vətəndaşlara isə əraziyə yaxınlaşmamaları ilə bağlı xəbərdarlıq olunub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır