Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Filippin hərbi dəniz bazalarını təkmilləşdirəcək və yenilərini tikəcək

Filippin ölkə ərazisində yerləşən hərbi bazalarını təkmilləşdirmək və yenilərini tikməklə dənizdəki hərbi mövqelərini gücləndirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Defense news” nəşri bu barədə Filippin Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Roy Vinsentə istinadla məlumat yayıb. Admiralın sözlərinə görə, bazalar təkcə yeni gəmilər üçün deyil, həm də köhnə gəmilər üçün nəzərdə tutulacaq.

Manila 2040-cı ilədək əsas gəmiçilik zolaqlarında donanmanın mövcudluğunu gücləndirməyi və bazalardakı infrastrukturu təkmilləşdirməyi hədəfləyir. Hakimiyyət orqanları bu məqsədlə Palavan əyalətində yerləşən Balabak adasında Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin müştərək bazasında işləri sürətləndirir.

Ümumilikdə isə Hərbi Dəniz Qüvvələri komandanlığı Filippin arxipelaqının qərb və şimal-şərq sahillərindəki strateji mövqelərdə 28 hərbi baza və kiçik forpost yaratmaq istəyir. Onlardan ən böyüyü Subik buxtasındakı hərbi dəniz bazası və Hərbi Dəniz Qüvvələrinin Mindanao adasındakı dəstək bazasıdır.

Qeyd edək ki, son illərdə Hərbi Dəniz Qüvvələrini gücləndirən Filippin freqatlar, sahil patrul gəmiləri, yüksək sürətli döyüş katerləri, radarlar və raket sistemləri alır.

Xatırladaq ki, Çin və ASEAN üzvləri - Filippin, Malayziya, Bruney və Vyetnam Cənubi Çin dənizindəki Spratli adaları üzərində ərazi mübahisəsi edir. Bəzi regional ölkələrlə müttəfiq olan Birləşmiş Ştatlar Çinlə mübahisədə onların mövqeyini dəstəkləyir.

“The Washington Post” qəzetinin məlumatına görə, 2019-cu ildə Cənubi və Şərqi Çin dənizlərindən 7,4 trilyon dollarlıq ticarət axını keçib. Çinin ticarətinin təxminən 80 faizi bu dənizlərlə bağlıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır