Günəşin və işıqlı həyatın rəmzi - Od çərşənbəsi - VİDEO
Bu gün İlaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir.
Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.
Od çərşənbəniz mübarək! Qəlbiniz od kimi hərarətli, ocağınız daim gur olsun!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır