Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi-muzeyin “Gəmi yanalma” interaktiv oyunu yenilənib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı" gəmi-muzeyinin  “Lövbəri qaldırın” zalında yerləşən “Gəmi yanalma” interaktiv oyunu 3D elementlər daxil edilməklə təkmilləşdirilib.

İnteraktivdən eyni zamanda 3 oyunçu istifadə edir. Onlar 3 dəqiqə ərzində  hərəkətlərini sinxronlaşdırıb yedək qayıqları vasitəsi ilə yanalma əməliyyatını icra etməlidirlər.

Oyun zamanı yan alan tankerə zərər yetirilməməlidir. Belə olan halda “tahlükə” işıqları yanır və oyun daha da çətinləşir. Oyunu yalnız komanda ruhu vasitəsi ilə icra etmək mümkündür.

Əyləncə xarakteri daşıyan bu interaktiv oyunun əsas məqsədi ziyarətçiləri qısa zaman kəsiyində iri tonnajlı gəmilərin sahilə yan alma proesini əyani şəkildə izah etməkdir.

“Suraxanı” gəmi-muzeyinə gələrək təkrarı olmayan unikal interaktiv oyunlarından siz də istifadə edin.

Bütün oyunlardan istifadə giriş biletinə daxildir!

Ünvan: Bakı Bulvarı, Bayıl, Su idmanı sarayının yanı

E-bilet: www.surakhanishipmuseum.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır