Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-11,
Seanews
Heyder Eliyev

“Diana Shipping” “Ultramax” tipli gəmi üçün “Cargill Ocean Transportation” ilə müqaviləsi bağlayıb

Yunanıstan mənşəli “Diana Shipping” şirkəti tamamilə özünə məxsus ayrıca törəmə müəssisəsi vasitəsilə “Cargill Ocean Transportation” (Sinqapur) ilə “DSI Pegasus” adlı “Ultramax” tipli quru yük gəmisi üçün çarter müqaviləsi imzalayıb.

“Seanews.az” xəbər verir ki, müqaviləyə uyğun olaraq, “Cargill Ocean Transportation” 2015-ci ildə inşa edilmiş 60.508 dedveyt ton daşıma qabiliyyətinə malik gəmini icarəyə götürüb.

Gəmi üçüncü tərəflərə ödənilən 4,75% komissiya çıxıldıqdan sonra gündəlik 14.250 ABŞ dolları məbləğində ümumi çarter dərəcəsi ilə minimum 20 may 2026-ci il, maksimum 20 iyul 2026-cı il tarixinədək icarəyə verilib. Müqavilənin 15 avqust tarixində qüvvəyə minməsi planlaşdırılır.

Hazırda “Diana Shipping”-in donanması 36 quru yük gəmisindən (4 “Newcastlemax”, 8 “Capesize”, 4 “Post-Panamax”, 6 “Kamsarmax”, 5 “Panamax” və 9 “Ultramax”)  ibarətdir. Şirkət, həmçinin 2027-ci ilin ikinci yarısında və 2028-ci ilin birinci yarısında iki ədəd yeni tikilmiş “Kamsarmax” tipli quru yük gəmisini təhvil almağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır