Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-19,
Seanews
Heyder Eliyev

İki mindən çox gəmi təmirçisinin ərsəyə gətirdiyi tanker-muzey - VİDEO

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti ünvanı “Suraxanı” tanker-muzeyidir.

2021-ci il martın 1-də tanker-muzeyin açılışı olub. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Muzeyin zallarında müasir texnoloji avadanlıqlardan istifadə edilib. Burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, naviqasiya alətləri, 5 min ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla tanış olmaq mümkündür.

“Suraxanı” tanker-muzeyi gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində yaradılmış layihədir. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də onun dövrü üçün ən iri və müasir tankerlərdən biri olması ilə əlaqədardır. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi ölkələrin təcrübəsindən istifadə olunub. Tanker-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib. Beləliklə, 2 mindən artıq yerli gəmi təmirçisinin fəaliyyəti nəticəsində bu layihə ərsəyə gəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır