Filippində RoRo tipli gəmi saya oturub - VİDEO
Filippinin Bikol regionuna daxil olan Camarines Sur əyaləti sahillərində “Golden Phoenix” adlı RoRo tipli yük gəmisi saya oturub.
“Seanews.az” xəbər verir ki, hadisə güclü külək səbəbindən baş verib.
Pis hava şəraiti səbəbindən sahil mühafizəsi əməkdaşlarının gəmini tam yoxlaması mümkün olmayıb. Daha sonra gəminin sola (port tərəfə) doğru əyilməsi müşahidə edilib.
Rəsmi qurum bildirib ki, gəmidə olan 13 heyət üzvünün hamısı sağ-salamatdır və səhhətləri yaxşıdır. Əlavə olaraq, aparılan ilkin yoxlama nəticəsində ətraf sularda neft sızması və ya ətraf mühitə zərər aşkar edilməyib.
Qəza baş verən zaman gəmi tikinti materialları daşıyırmış.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır