"Xocalı" gəmisi İndoneziyadan Avstraliyaya səfərini uğurla tamamlayıb
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Handysize" tipli "Xocalı" quru yük gəmisi İndoneziyanın Tuban limanından götürdüyü sement yükünü Avstraliyanın Kvinana limanına çatdırıb.
Yük təhlükəsiz şəkildə limanda boşaldılıb və hazırda gəmi növbəti səfərinə hazırlaşır.
Məhdudiyyətsiz üzmə imkanlarına malik "Xocalı" gəmisinin dedveyti 38 593 tondur. Gəminin uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimum sürəti isə 15,7 düyündür. Maksimum yük götürməklə suya oturumu onun bir çox dayaz limanlara rahatlıqla daxil olmasına şərait yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

