Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-11,
Seanews
Heyder Eliyev

Yapon nəhəng istiridyəsi İsveç sahillərini zəbt edir

İti qabığı ilə tanınan Yapon nəhəng istiridyəsi (Magallana gigas) son iki onillikdə İsveçin qərb sahillərində ən çox yayılmış mollyusklardan birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu gün o, Bohuslendən Skaniya sahillərinə qədər rast gəlinir, bəzi yerlərdə isə sıx koloniyalar təşkil edir. Onun iti qabığı çox vaxt insanlara xəsarət yetirir. Suda çimənlər ayaqlarındakı kəsiklərdən yanma hiss edərək sudan çıxırlar.

Höteborq Universitetinin dəniz ekologiyası üzrə professor Matz Lindeqartın sözlərinə görə, Avropaya gətirilən və ehtimal ki, axınlar vasitəsilə yayılan istiridyə çox sürətlə yeni əraziləri tutdu. Alimlər bu növün Baltik dənizinə də nüfuz edəcəyindən ehtiyat edirlər, hərçənd belə hallar indiyədək qeydə alınmayıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yad növlərin peyda olunması gözlənilməz ekoloji nəticələrə, o cümlədən xəstəliklərin yayılmasına və yerli orqanizmlərin sıxışdırılıb aradan çıxarılmasına səbəb ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır