Tornaçı Mobil Xanəliyev: “Hər zaman işimdən zöv alıram”
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda tornaçı vəzifəsində çalışan Mobil Xanəliyev 2024-cü ilin nəticələrinə əsasən “Ən yaxşı gəmi təmirçisi” adına layiq görülüb.
O, artıq 44 ildir ki, bu sahədə çalışır və dəqiqliklə yanaşı, işinə səliqə və məsuliyyətlə yanaşması ilə seçilir. Əmək fəaliyyətindəki ardıcıllıq, peşəsinə olan bağlılıq və uzunillik təcrübə onun kollektiv arasında nüfuzunu artırıb.
Mobil Xanəliyev bildirir ki, torna dəzgahı arxasındakı işi onun üçün sadəcə peşə deyil, zövqlə icra etdiyi bir həyat yoludur.
Qeyd edək ki, bu nominasiya ASCO-nun gəmi təmiri sahəsində yüksək nəticə göstərmiş əməkdaşlarının əməyinə verilən dəyər kimi təqdim olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır