Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Berdiməhəmmədov bütün MDB-ni I Xəzər forumuna dəvət edib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB ölkələrinin nümayəndə heyətlərini I Xəzər iqtisadi forumuna dəvət edib.

Türkmənistan lideri MDB Hökumət Başçıları Şurasının geniş tərkibdə iclasını açarkən bildirib:

“Qarşıdakı forumda Xəzərdə əməkdaşlığın perspektivləri üzrə geniş kontekstdə ciddi danışıqlar aparılacaq. Fürsətdən istifadə edərək bütün MDB ölkələrinin nümayəndə heyətlərini tədbirə dəvət edirəm”.

Q.Berdiməhəmmədov Xəzər regionunun Avrasiyada qarşılıqlı iqtisadi fəaliyyət baxımından aparıcı rolu olduğunu vurğulayıb.

Qeyd edək ki, I Xəzər iqtisadi forumu avqustun 12-də Türkmənbaşı şəhərində keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır