Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-01,
Seanews
Heyder Eliyev

Tam rəqəmsal təhlükəsizlik: ABŞ-nin strateji donanması hər heyət üzvünü "görünən" etdi

Dənizçilik sənayesi illərdir bir problemlə mübarizə aparır: Fövqəladə hal zamanı itkin düşən, gəminin daxilində, polad divarların arasında qalan heyət üzvünü necə tapmalı? ABŞ-ın nəhəng gəmiçilk şirkəti bu suala dünyada ilk dəfə tam donanma səviyyəsində cavab tapıb.

“Seanews.az” xəbər verir ki, "American Roll-On Roll-Off Carrier" (ARC) özünün bütün donanmasını "LifeFinder" adlı mütərəqqi sistemlə təchiz edir. Bu, dənizçiləri gəmi daxilində "görünən" edən dünyada ilk genişmiqyaslı rəqəmsal texnologiyadır.

Pentaqonun əsas logistik tərəfdaşı olan ARC ABŞ bayrağı altında üzən 10 ədəd Ro-Ro gəmisində "LifeFinder" platformasını tətbiq etmək üçün 5 illik müqavilə bağlayıb. Bu addım, texnologiya bir il ərzində "M/V Patriot" gəmisində ən çətin şəraitlərdə sınaqdan keçirilərək öz effektivliyini sübut etdikdən sonra atılıb.

"LifeFinder" dənizçilərin gəmi daxilindəki yerini saniyələr içində müəyyən edərək naviqasiya körpücüyünə ötürür. Əgər əvvəllər yanğın və ya qəza zamanı itkin düşən heyət üzvünü tapmaq üçün bütün gəmini axtarmaq lazım gəlirdisə, indi süni intellekt və sensorlar sayəsində hər bir dənizçinin yeri monitorlarda dəqiq görünür.

Bu mövqeləndirmə funksiyası koordinasiyanı yaxşılaşdırmaq və hadisədən sonrakı təhlilləri gücləndirmək üçün nəzərdə tutulub. Həmçinin bu sistem donanma daxilində davamlı inkişafı təmin etmək üçün hesabatlılıq prosesinə dəstək verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır