Qətərdə yanacaq tankerinə raket hücumu olub, heyət təxliyə edilib
“Qatar Energy” şirkəti tərəfindən icarəyə götürülmüş “Aqua 1” adlı yanacaq tankeri bu gün səhər saatlarında Qətərin şimalındakı ərazi sularında raket hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Qeyd olunub ki, tankerin 21 nəfərdən ibarət heyəti təxliyə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

