Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“Yaşıl və rəqəmsal dəhliz” yaradılacaq

Sinqapur və Rotterdam limanlarının rəhbərliyi  aşağı və sıfır karbon daşımalarını təmin etmək məqsədilə dünyanın ən uzun “Yaşıl və rəqəmsal dəhliz”inin yaradılması üçün anlaşma memorandumu imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, Sinqapur və Rotterdam dünyanın ən böyük yanacaq təchizatı limanlarından biridir. Memorandum 2027-ci ilə qədər bu marşrut üzrə ilk ekoloji təmiz gəmini işə salmaq üçün təchizat zənciri üzrə maraqlı tərəfləri bir araya gətirəcək.

Hazırda dünya gəmiçiliyində əsasən dəniz qazı və aşağı kükürdlü mazutdan istifadə olunur. Getdikcə alternativ yanacaqlar, o cümlədən bioqazlara üstünlük verilir. Sintetik metan, hidrogen və hidrogen əsaslı yanacaqlar, o cümlədən ammonyak və metanol müxtəlif tədqiqat və inkişaf mərhələlərindədir.

Hər bir alternativ yanacağın istifadəsinin qiymət, təhlükəsizlik və məhdudiyyətlərlə bağlı öz problemləri var. Sinqapur və Rotterdam limanlarının rəhbərliyi  bu problemlərin həlli üzərində birgə işləmək üçün yükgöndərənlərin, yanacaq təchizatçılarının və digər şirkətlərin geniş koalisiyasını bir araya gətirmək barədə razılığa gəliblər.

“Yaşıl və rəqəmsal dəhliz”in yaradılması üçün bağlanan memorandum həm də limandan-limana gəmilərin rahat hərəkətini asanlaşdırmaq, dəniz üzgüçülüyünün səmərəliliyini, təhlükəsizliyini və yüklərin şəffaf axınını optimallaşdırmaq məqsədi daşıyır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır