Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“Inchcape” Belçikada “Kennedy Hunter NV” liman agentliyini alır

İngiltərənin “Inchcape Shipping Services Holdings Ltd.” (“Inchcape”) liman agentliyi  Belçikanın “Kennedy Hunter NV” şirkətini “Conti-Lines Group”-dan (keçmiş “Conti7”) almaq üçün müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, sövdələşmə “Inchcape”-in ​​Şimali Avropa bazarında quru və “Ro-Ro” yüklərinin nəqli sahəsində iştirakını və broker əməliyyatlarını artıracaq.

“Conti-Lines Group”-un baş direktoru Jan-Frederik Brion, eyni zamanda “Kennedy Hunter NV”-in  Belçikanın bütün limanlarında agentlik fəaliyyətini davam etdirəcəyini əmin edib.

“Inchcape Belgium” heyət logistikası, bunker yanacağının idarə edilməsi, neft və qaz logistikası, dərinləşdirmə, kabelçəkmə, kruiz turizmi daxil olmaqla bir sıra dəniz xidmətləri təqdim edir.

“Inchcape Shipping Services Holdings Ltd.” liman agentliyi və dəniz xidməti təminatçısıdır və dünya limanlarının 85%-də xidmət göstərir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır