Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Sərnişinlər istəsələr kruiz gəmisində 60 km/saat sürətlə avtomobil sürə bilərlər

İtaliyanın “Fincantieri” gəmiqayırma şirkəti altı lüks kruiz laynerindən birincisini sifarişçiyə təhvil verib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər veriri ki, yeni gəmi “Norwegian Prima” adlandırılıb. Layihə “Fincantieri” şirkətinin  mütəxəssisləri tərəfindən xüsusi olaraq Norveçin “Norwegian Cruise Line” şirkəti üçün hazırlanmışdır.

294 metr uzunluğunda laynerdə sərnişinlərin rahatlığı üçün bütün şərait yaradılmaqla yanaşı, onun enerji səmərəliliyinin artırılmasına da xüsusi diqqət yetirilib.

16,5 MVt gücündə iki mühərrik laynerin 21,9 düyün sürətlə hərəkətini təmin edəcək.

3215 sərnişin üçün 1646 kayut nəzərdə tutulub. Heyət üzvləri və xidmət personalı (1388 nəfər) daxil olmaqla ümumilikdə gəmi 5400 nəfərlə səfərə çıxacaq.

Laynerin 12 barı və istirahət zonaları (geniş yeməkxana daxil olmaqla) açıq havada yerləşir. Sərnişinlərin əlavə əyləncəsi üçün isə yarım kilometr uzunluğunda yarış zolağı nəzərdə tutulub ki, bu yolda arzu edənlər 60 km/saat sürətlə elektromobil sürə bilərlər. Başqa bir qeyri-adi cazibə isə 10 mərtəbəli bina hündürlükdə olan quru sürüşmədir.

Laynerin avqustun ortalarında turistlərlə ilk səyahətinə çıxacağı gözlənilir. - əvvəlcə İslandiya sahillərinə və Şimali Avropa limanlarına üz tutacaq, daha sonra (bütün qış mövsümü üçün) gəmi ABŞ, buradan Karib adalarına səfərlər edəcək.

Seriyanın eyni tipli ikinci gəmisi olan “Norwegian Viva” laynerinin 2023-cü ilin yayında sahibinə təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, layihənin daha da təkmilləşdirilməsi üzrə işlər aparılır. Nəticədə, üçüncü və sonrakı gəmilər artıq 3550 sərnişin götürə biləcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır