Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“Bulwark” gəmisi üçün nəzərdə tutulan yanacaq oğurlanıb

 

“Seanews.az” xəbər verir ki, naməlum şəxslər bir neçə həftə ərzində İngiltərənin cənub-qərbindəki Devonport bazasında təmir olunan Böyük Britaniyaya məxsus “Bulwark” desant hücum gəmisinin generatorları üçün nəzərdə tutulmuş dizel yanacağını oğurlayıblar. Bu barədə cümə axşamı "Sun" qəzeti məlumat yayıb.

250 min funt-sterlinqdən (326,7 min dollar) çox qiymətləndirilən oğurluq hadisəsi Hərbi Dəniz Qüvvələri bazasının mühafizəçiləri mülki şəxslər arasından Devonport ərazisindən çıxan yanacaq daşıyan maşında təsadüfi yoxlama apardıqdan sonra üzə çıxıb.

Kral Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən ölkədə benzinin rekord qiymətə yüksəlməsi fonunda oğurlanmış yanacağın böyük hissəsinin qara bazarda satıldığı ehtimal olunur.

Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) üzvü Lyuk Pollard bildirib ki, hadisə Böyük Britaniyada “ən çox qorunan hərbi-dəniz bazalarından birində təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi suallar yaradır”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır