Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Qazaxıstan Prezidenti Xəzərin çirklənmədən qorunması protokolunu imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzərin yerüstü mənbələrdən çirklənməsinin mühafizəsi üzrə ratifikasiya protokolu haqqında qanunu imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti noyabrın 1-də məlumat yayıb.

“Dövlət başçısı “Xəzər dənizinin yerüstü mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Protokolunun təsdiq edilməsi haqqında Qazaxıstan Respublikası Qanununu” imzalayıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, protokol 2012-ci ilin dekabrında imzalanıb. Sənədin məqsədi Xəzəri çirklənmədən qorumaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır