Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Heyətin növbə dəyişikliyi ilə bağlı problemi həll etmək çətin olmayacaq

“Greywing” səyahət proqram təminatı mütəxəssisi müxtəlif ölkələrin sərhədlərini keçmə qaydalarını rahat mənimsəmək üçün yeni tətbiq hazırlayıb.

"Seanews.az" xəbər verir ki, dənizçilik şirkətlərinin işini asanlaşdırmaq məqsədi ilə yaradılan tətbiq “CREW CHANGE” adlanır və bu sahədə ilk intellektual texnologiya hesab edilir.

Tətbiq “S5 Agency World” liman agentinin bazasından istifadə edir. Buradan o, karantin, test olunma və peyvəndlənmə ilə bağlı qaydalardakı dəyişikliklərdən xəbər tutacaq. Yeni platforma həmçinin 30 sayda digər publik və şəxsi mənbələrdən istifadə edəcək. Sonradan əlavə 20 belə mənbəyin olacağı da gözlənilir. 

Tətbiqi yaradanlar əmindirlər ki, yeni texnologiya şirkətlərə heyət dəyişikliyində optimizasiya etməklə milyonlarla dollara qənaət etməkdə yardımçı olacaq.

Bu servis dənizçilərin daşınması, onların marşrutlarının planlaşdırılması və dəyişdirilməsi, lazım gəldikdə isə gözləmələrin ixtisara salınmasını nəzərə almaqla ən qənaətli variant seçə bilir.

Tətbiq vizaya, karantin qaydalarına və testləşməyə dair tələblər haqqında informasiyanı cəmi 15 dəqiqə ərzində yeniləyir. Daha çətin məlumatlar olan halda bu vaxt 1 sutkaya qədər uzana bilər.

Buraya həmçinin daşıma operatoruna yolda ola biləcək piratlar haqqında da məlumat verilməsi nəzərdə tutulur.

Heyət dəyişikliyi dənizçi şirkətləri üçün həmişə çətin proses olub. Karantin şəraitində tez-tez dəyişən qaydalara görə isə bu, onlar üçün müşkül işə çevrilmişdi. Proqnozlara görə, yeni tətbiq bu işdə gəmiçilik şirkətlərinə çox kömək olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır