Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Bu günədək 180 Azərbaycan vətəndaşı gəmi ilə Qazaxıstandan ölkəmizə gətirilib

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 18 vətəndaşı ölkəyə gətirib.

Azərbaycanın Aktaudakı Baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Akademik Zərifə Əliyeva” (10 nəfər), “Naxçıvan” (4 nəfər) “Həsən Əliyev” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçirilib.

Qeyd edək ki, ümumilikdə bu günə qədər Baş konsulluq tərəfindən Aktau limanından gəmi ilə 180 nəfər vətənə göndərilib.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır