Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

ASCO-nun və struktura daxil olan qurumların aparat işçiləri arasında keçirilən futbol turniri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) və ASCO-nun tərkibinə daxil olan strukturların aparat işçiləri arasında keçirilən  mini-futbol turnirinə yekun vurulub.

Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı baş tutan turnirdə ASCO-nun bütün strukturları təmsil olunub.

Gərgin keçən mübarizənin final mərhələsinə “ASCO Mühafizə” və “Bibiheybət” Gəmi Təmiri Zavodunun komandaları vəsiqə qazana biliblər. Həlledici görüşdə “ASCO Mühafizə” qalib gəlib. Hesab: 8-7

Qalib komanda diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, ASCO-da əməkdaşlar arasında mütəmadi idman yarışları təşkil olunur. Məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır