Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Dənizçilər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

25 iyun dəniz nəqliyyatı işçilərinin peşə bayramıdır. Bu münasibətlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və Dövlət Dəniz Agentliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər Xiyabanına gələn dəniz nəqliyyatı işçiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır