Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-31,
Seanews
Heyder Eliyev

KTJ Mersin limanını Orta Dəhliz üzrə əsas yük mərkəzi kimi nəzərdən keçirir

Qazaxıstanın “Qazaxıstan Dəmir Yolları” (KTJ) şirkəti Türkiyənin Mersin limanını Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) – Orta Dəhliz üzrə əsas yükdaşırma mərkəzi kimi qiymətləndirir.

Bu barədə məlumat KTJ İdarə Heyətinin sədri Talqat Aldıbergenov ilə Mersin Beynəlxalq Limanının (MIP) baş direktoru Acay Kumar Sinq arasında Ankarada keçirilən görüşdən sonra yayılıb. Görüş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində baş tutub.

Tərəflər Orta Dəhliz marşrutu üzrə əməkdaşlıq imkanlarını və Asiya ilə Avropa arasında səmərəli multimodal logistika həllərinin formalaşdırılmasını müzakirə ediblər.

KTJ İdarə Heyətinin sədri Talqat Aldıbergenov Mersin limanının Orta Dəhliz üzrə yükdaşımalarda əsas hab (logistika mərkəzi) kimi mühüm rolunu vurğulayıb. O, həmçinin tərəfdaşların sabit və dayanıqlı yükdaşırma həcmlərinin təminində maraqlı və hazır olduqlarını bildirib.

Görüş zamanı limanın artan yük axınını qarşılama qabiliyyəti və infrastrukturunun genişləndirilməsi məsələləri də nəzərdən keçirilib.

Effektiv logistika zəncirinin qurulması məqsədilə Qazaxıstan tərəfi KTJ və PSA International şirkətlərinin birgə müəssisəsi olan KPMC-nin potensialından istifadə olunmasını Mersin limanına təklif edib. Hazırda KPMC Çin–Türkiyə (İzmit, Köseköy), Sian–İstanbul və Tsingdao–Xorgos–Sergeli marşrutları üzrə multimodal daşımalar həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır