Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-01,
Seanews
Heyder Eliyev

Cənubi Koreya dünya gəmiqayırma bazarının 25 faizini ələ keçirib

2025-ci ilin birinci yarısında Cənubi Koreya gəmiqayırma zavodları qlobal bazarın 25,1 faizinə nəzarət edib. Bu barədə The Maritime Executive nəşri Koreya İnkişaf Bankının Xarici İqtisadi Araşdırmalar İnstitutunun hesabatına istinadla məlumat yayıb.

Bu göstərici ötən illə müqayisədə 17,2 faiz artım deməkdir. Xatırladaq ki, 2024-cü ildə Cənubi Koreya son səkkiz ilin ən aşağı göstəricisini qeydə almış, bazar payı cəmi 15 faiz olmuşdu.

Artımın əsas səbəblərindən biri kimi ABŞ-ın ilin sonuna planlaşdırdığı yeni tariflər göstərilir. Bu rüsumlar Çində tikilmiş və ya hazırda Çin tərəfindən idarə olunan gəmilərə şamil ediləcək. Belə gözləntilər sifarişçiləri Çindən Cənubi Koreya zavodlarına yönəltmişdir.

Eyni zamanda, Çin Milli Gəmiqayırma Sənayesi Assosiasiyası (CANSI) 2025-ci ilin nəticələrinə dair göstəriciləri dərc edib. Çin sektoru yüksək məhsuldarlıq nümayiş etdirsə də, istehsal həcmi 2024-cü illə müqayisədə 3,5 faiz azalıb (dedveytlə hesablandıqda). Bununla yanaşı, sifariş portfeli 2025-ci ilin əvvəlindən bəri 36 faiz artıb, lakin yeni sifarişlər üzrə dedveyt baxımından 18 faiz azalma qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır