CMA CGM, CK Hutchison-un liman terminallarını almaqda maraqlıdır
Fransanın aparıcı gəmiçilik şirkəti CMA CGM Honq Konqa məxsus CK Hutchison şirkətinin bəzi liman terminallarını almaqda maraqlıdır. Bu barədə məlumat CK Hutchison-un BlackRock rəhbərliyindəki konsorsiumla eksklüziv danışıqları başa vurmasından sonra açıqlanıb.
CMA CGM-in maliyyə direktoru Ramon Fernandez bildirib ki, şirkət bu prosesləri yaxından izləyir və iştirakda maraqlıdır. Söhbət Asiya, Avropa və Karib dənizi regionlarındakı terminallardan gedir.
Hazırda CMA CGM-in 65 terminalda fəaliyyəti var. Şirkətin bu addımı qlobal logistika bazarındakı mövqeyini daha da gücləndirmək məqsədi daşıyır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır