Dünya sularında dənizçilərin “unudulması” halları artır
2025-ci ilin əvvəlindən dünyada 54 gəmi heyəti ilə birgə sahibləri tərəfindən atılıb.
Bu məyusedici rəqəmi Beynəlxalq Əmək Təşkilatı (BƏT) təqdim edir.
“Seanews.az” “morvesti.ru”-ya istinadən xəbər verir ki, bu barədə “splash247.com”-a istinadən məlumat yayıb.
2024-cü ildə atılmış heyətlərin sayı 2023-cü il müqayisədə iki dəfədən çox artıb. Mütəxəssislər dənizçilərin tərk edilməsi hallarının sayının çoxalmasını ilk növbədə kölgə donanmasının həcminin davamlı artması ilə əlaqələndirirlər.
Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatına görə, keçən il heyətlərin “unudulması” ilə bağlı 310 hadisə qeydə alınıb ki, bu da 2023-cü ildəki 142 hadisədən 118% çoxdur.
2022-ci ilin sonunda BƏT və IMO-nun birgə üçtərəfli işçi qrupu dənizçilərin atılması halları ilə bağlı liman dövləti və bayraq dövləti orqanları üçün Təlimat Layihəsi hazırlamışdı. 2019-cu ildə dənizçilərin atılması ilə bağlı 40, 2020-ci ildə 85, 2021-ci ildə 95 belə hadisə qeydə alınmışdı. Belə davam edərsə, atılmış gəmilərin sayı baxımından 2025-ci ildə mənfi rekorda imza atılacaq. Bir sözlə, dünya sularında dənizçilərin bilərəkdən “unudulması” halları artır.
“Seanews.az”