Dənizə həsr olunan ömür – Şakir Dadaşov
Uzun illər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə şərəfli xidmət göstərmiş uzaq səfərlər kapitanı Şakir Dadaşov bu günlərdə təqaüdə yollanıb.
Peşəkar və fədakar dənizçi kimi Azərbaycan bayrağını daşıyan gəmilərə rəhbərlik etmiş kapitan Şakir Dadaşovun dənizçilik sahəsindəki nümunəvi fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib – o, “Tərəqqi” medalı ilə təltif olunub.
Göstərdiyi əzm və uzun illər ərzində verdiyi dəyərli əməyə görə kapitan Şakir Dadaşova təşəkkür edirik!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır