Rumıniya Niderland və Belçika üçün 6 freqat inşa edəcək
Rumıniya Qalati şəhərində Belçika və Niderland üçün freqatların inşası ilə bağlı müqavilə imzaladığını açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.
6 freqatın tikintisi Avropa İttifaqının hərbi potensialını gücləndirmək planının bir hissəsi kimi həyata keçiriləcək.
İnşasına Qalatidəki “Damen” gəmiqayırma zavodunda başlanacaq gəmilər 2028-2032-ci illərdə təhvil verilməlidir.
Belçika və Niderland 2023-cü ilin iyununda ASWF sualtı qayıq əleyhinə freqatları sifariş edib, gəmi istehsalçısı “Damen” və subpodratçı “Thales”-dir.
“Future Surface Combatant” Buderland və Belçika Hərbi Dəniz Qüvvələrinin (HDQ) köhnəlmiş “Karel Doorman” sinfinə məxsus çoxməqsədli freqatlarını əvəz edəcək layihə hesab olunur. Yeni freqatlar Niderlandda “HNLMS Van Amstel” və “HNLMS Van Speijk”, Belçikada isə “Leopold I” və “Louise-Marie” gəmilərini əvəz edəcək.
Əsas vəzifəsi sualtı qayıqları uzaqdan aşkarlayıb məhv etmək olan freqatlar “Mk54” torpedosu ilə təchiz ediləcək.