“Hapag-Lloyd”-un törəmə şirkəti Havr terminal operatorunun əksər səhmlərini alıb
“Hanseatic Global Terminals” (“HGT”, “Hapag-Lloyd”-un törəmə şirkəti) Fransanın Havr limanında “Atlantique” konteyner terminalını idarə edən “CNMP LH”-dəki 60% payını “Seafrigo Group”-dan alıb.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu barədə “Hapaq-Lloyd”un mətbuat xidməti məlumat yayıb.
Səhmlərin qalan 40%-i “Seafrigo Group”-a məxsus olmağa davam edəcək. Tərəflər əməliyyatın maliyyə təfərrüatını açıqlamamağa razılaşıblar.
Havr limanı Avropanın ən böyük on limanından biridir. “Atlantique” terminalının illik konteyner dövriyyəsi isə 3 milyon TEU təşkil edir.
“Hanseatic Global Terminals” genişlənmə strategiyasının bir hissəsi olaraq aktivlərini artırmağı planlaşdırır: 2030-cu ilə qədər şirkət aktivlərinin sayını 30 liman terminalına çatdırmaq niyyətindədir.
“Hanseatic Global Terminals” şirkətinin hazırda 21 liman terminalında səhmləri var. Bura Latın Amerikası və ABŞ-da (Florida) “SAAM Terminals” tərəfindən idarə olunan terminallar və əlaqəli logistika xidmətləri də daxildir.
“Seanews.az”