Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-02,
Seanews
Heyder Eliyev

Kurık limanında “Yaşıl hidrogen” terminalı da tikiləcək

Kurık limanında neft terminalının tikintisinə 2025-ci ildə başlanacaq, yaxın gələcəkdə isə “yaşıl hidrogen” terminalı inşa ediləcək.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayev məlumat verib.

O xatırladıb ki, Kurık limanında iki quru yük terminalı və bir taxıl terminalı tikilib. Ötən il liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb və dərinlik 7,5 metrədək artırılıb (əvvəllər 5,8 metr olub). Bu il Aktau limanında da analoji işlərin görülməsi nəzərdə tutulir.

Həmçinin, Aktau limanında Çin şirkəti ilə birlikdə limanın ötürmə qabiliyyətini 140 min TEU-dan 240 min TEU-ya çatdıracaq konteyner qovşağı tikilir. Ticarət donanmasının gəmilərinin sayını iki dəfə artırmaq da nəzərdə tutulur: 2027-ci ilə qədər gəmilərin sayı 17-dən 34-ə çatdırılacaq.

Qeyd edək ki, 2024-cü ildə Kurık limanının yük dövriyyəsi təqribən 1,96 milyon ton, o cümlədən 2024-cü ilin noyabrında istifadəyə verilmiş taxıl terminalı vasitəsilə yüklərin aşırılması 25,9 min ton təşkil edib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır