Süveyş kanalının donanması üçün daha güclü yedək gəmiləri tikiləcək
Yedək gəmilərin tikintisi üzrə ixtisaslaşan “Misr Tugboats Factory” zavodunda (Səfəqa, Misir) Süveyş kanalı administrasiyasının sifarişi ilə üçün inşa edilən 10 gəmidən ibarət seriyanın ilk iki - “AZM 1” və “AZM 2” yedək gəmilərinin suya buraxılması mərasimi keçirilib.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, gəmi istehsalının lokallaşdırılması və dövlət-özəl sektor tərəfdaşlığının inkişafı proqramı çərçivəsində 90 ton dartma gücünə malik yedək gəmiləri tikiləcək.
Mərasimdə iştirak edən Süveyş kanalı administrasiyasının rəhbəri Usama Rabie vurğulayıb ki, “AZM 1” və “AZM 2” yedək gəmiləri losman keçidi və müşayiət xidmətləri göstərməklə yanaşı, donanmanın dəniz gəmilərini saydan çıxarmaq imkanını artıracaq.
“Alexandria Shipyard” zavodunda tezliklə Süveyş kanalının donanması üçün daha güclü yedək gəmiləri suya salınacaq. Onların dartma qüvvəsi 190 ton olacaq.
“Seanews.az”