Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-04,
Seanews
Heyder Eliyev

Yaponiyanın gəmiçilik nəhəngi dənizçilərin növbə çəkmələrini optimallaşdırır

Yaponiyanın gəmiçilik nəhəngi “Mitsui O.S.K. Lines Ltd.” (“MOL”) və “Fujitsu Limited” dənizçilərin növbə cədvəllərini optimallaşdırmaq üçün süni intellektə əsaslanan sistemin tətbiqinə başlandığını bildiriblər.

“Seanews.az” xəbər verir ki, bu barədə Rusiya Dənizçiləri Həmkarlar İttifaqının mətbuat xidməti məlumat yayıb.

Məlum olduğu kimi, gəmi sahibləri növbə cədvəllərini dənizçinin vəzifəsi, onun ixtisası, dənizdə iş və məzuniyyət müddətləri, gəminin növü və digər amillər nəzərə alınmaqla tərtib edirlər. Əvvəllər “MOL” dənizçilərin növbələrini planlaşdırmaq üçün müxtəlif mənbələrdən işçilər tərəfindən əl ilə toplanan və vaxt aparan məlumatlara əsaslanırdı.

“Fujitsu Limited” tərəfindən hazırlanmış yeni sistem müxtəlif amilləri nəzərə alan riyazi optimallaşdırmadan istifadə edir. O, dənizdə iş və sahildə məzuniyyət müddətləri arasında optimal tarazlığı təmin edir, iş yükünü heyət üzvləri arasında bərabər paylayır,

növbə cədvəllərini tərtib edərkən dənizçilərin şəxsi həyatında baş verən toy mərasimləri və uşaqların doğulması kimi hadisələri nəzərə alır.

Sistemin məqsədi heyət dəyişikliyinin planlaşdırılması prosesini təkmilləşdirmək və daha qısa səfərlər və adekvat məzuniyyət müddətləri vasitəsilə dənizçilərin iş-həyat balansını gücləndirməkdir. Onun istifadəsinin gəmi heyətlərin növbə cədvəllərinin

tərtibinə tələb olunan vaxtı təxminən 70% azaltması gözlənilir. Sistemin tam miqyaslı tətbiqinə Yaponiyada 2025-ci ilin mayında başlanması nəzrdə tutulur.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır