Əsas xətlər konteyner gəmilərinin tikintisinə böyük sərmayə qoyurlar
ABŞ və Çin arasındakı tarif "müharibəsi" xətti gəmiçiliklərin konteyner daşıma qabiliyyətini artırmasına mane olmur. Onlar bu gün də yeni gəmilərin tikintisinə böyük sərmayə qoyurlar.
“Seanews.ru” xəbər verir ki, Tayvanın “Wan Hai” xətti keçən ay ümumilikdə 800 milyon dollar dəyərində 16 min tonluq dörd gəmi sifariş edib. Şirkət ABŞ-ın Çin istehsalı olan gəmilərə tətbiq etdiyi yüksək rüsumların qarşısını almaq üçün gəmiləri Cənubi
Koreyanın “HD Hyundai Samho” və “Samsung Heavy Industries” tərsanələrində inşa edəcək.
Qeyd edək ki, “Wan Hai” həm də ən yaxın rəqibi – “Yang Ming” gəmiçilik şirkətini arxada qoymaq niyyətindədir. Hazırda 523700 TEU donanma tutumuna malik “Wan Hai” şirkətinin sifariş etdiyi 34 konteyner gəmisinin ümumi tutumu 380 000 TEU-dur.
Donanmasının konteyner daşıma gücü 711 400 TEU olan “Yang Ming” isə tutumu 1010 TEU olan 8 konteyner gəmisi sifariş edib.
“MSC” və “COSCO” də artan geosiyasi gərginliyə baxmayaraq, Çin tərsanələrindən uzaqlaşmaq niyyətində deyillər.
Ən böyük 25 konteyner xəttinin lideri “MSC” öz donanmasını genişləndirməyə davam edir. Keçən ay xətt Çinin “Hengli Heavy Industry” tərsanəsinə altı 22 000 tonluq gəminin inşasını sifariş edib. Bir konteyner gəmisinin dəyəri 220 milyon dollardır.
Xatırladaq ki, ötən ilin payızında “MSC” bu gəmiqayırma zavodunda 20 konteyner gəmisinin tikintisini sifariş vermişdi.
“Seanews.az”