Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-25,
Seanews
Heyder Eliyev

Avropa İttifaqının əsas limanlarına 2023-cü ildə 2,2 milyon yük və sərnişin gəmisi daxil olub

2023-cü ildə Avropa İttifaqının əsas limanlarına daxil olan yük və sərnişin gəmilərinin sayı 2,2 milyon olub. Bu da illik müqayisədə 1,5% çoxdur.

“Seanews.az” xəbər verir ki, bu barədə “Eurostat” öz hesabatında məlumat yayıb.

2023-cü ildə Yunanıstan limanlarına daha çox  - 477 115 gəmi yan alıb. Sonra 449 131 gəmi ilə İtaliya gəlir. Danimarka limanlarına daxil olan gəmilərin sayı 322 230 olub.  

Hesabat dövründə ən aşağı göstəricilər Sloveniya (1760 gəmi), Kipr (2090 gəmi) və Bolqarıstanda (2851 gəmi) qeydə alınıb.

2013-cü illə müqayisədə hesabat verən 22 Aİ ölkəsindən 12-nin limanlarına daha çox gəmi daxil olub. Ən yüksək artım Malta (+100,8%), Xorvatiya (+40,3%) və İspaniyada (+31,0%), ən çox azalma isə Finlandiyada (-26,6%), Latviyada (-24,3%) və Bolqarıstanda (-21,2%) qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır