Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

ABŞ Hərbi Dəniz Qüvvələrinin barjları Baltimor limanının sularını təmizləməyə kömək edəcək

ABŞ Hərbi Dəniz Qüvvələrinin icarəyə götürdüyü üç barj körpünün çökməsindən sonra akvatoriyanın təmizlənməsinə kömək etmək üçün Amerikanın Baltimor (Meriland) şəhərinə gəlib.

 “Seanews.az” xəbər verir ki, 1000 tonluq “Chesapeake”, tam fırlanan kranı olan 200 tonluq “Ferrell” və 150 ​​tonluq “Oyster Bay” kran barjları Baltimor limanına çatıb.

Qeyd edək ki, Sinqapur bayrağı altında üzən “Dali” konteyner gəmisi martın 26-da Merilend ştatının Baltimor şəhərindəki Frensis Skott körpüsünə çırpıldıqdan sonra körpü uçub.

Hadisə nəticəsində fəaliyyətini dayandırmağa məcbur olan limanın gündəlik itkisi təxminən 9 milyon dollar qiymətləndirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır