Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Gəmilərdə quraşdırılacaq yeni sistem emissiyaların 95%-ni tuta biləcək

“Seabound” şirkətinin 3200 TEU-luq konteyner gəmisində quraşdırılmış karbon tutma sistemi sınaq zamanı 78% karbon qazı (CO2) və 90%-dən çox kükürdü tutub.

“Seanews.az” bu barədə” “Safety4Sea”-ya istinadən xəbər verir.

2021-ci ildə “Lomar Shipping, lomarlabs” ilə əməkdaşlıq çərçivəsində və sənaye liderləri “Hapag-Lloyd AG”, “Columbia Shipmanagement”, Amerika Dəniz Gəmiçiliyi Bürosu (“ABS”), “Lloyd's Register”, “Sefine Shipyard” – Türkiyə, “R2 Labs” və Böyük Britaniya hökumətinin dəstəyi ilə yaradılmış “Seabound” şirkətinin  pilot layihəsinin ilk səfəri uğurla başa vurub.

Mürəxəssilərin fikrincə, maksimum səmərəliliklə sistem emissiyaların 95%-ni tuta biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır