Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

“Fratelli Cosulich” qrupu iki yanacaqlı metanol gəmisi sifariş edib

“Fratelli Cosulich” şirkətlər qrupu Çin tərsanəsinə dedveyti 7990 ton olan iki yanacaqlı metanol mühərrikli ilk bunker gəmisinin tikintisini sifariş verib. Gəminin tutumu 8 min kubmetrdən çox olacaq yük çənləri IMO-nun “Tip II” standartlarına cavab verəcək.  

“Seanews.az” xəbər verir ki, gəmi “Taizhou Maple Leaf Shipbuilding Co.” tərəfindən inşa ediləcək. Yük çənlərinin "yaşıl" metanol və bioyanacaq daşımasına imkan verən xüsusi örtükləri olacaq.

Gəminin 2025-ci ilin dördüncü rübündə istismara verilməsi planlaşdırılır. Tanker “Trafiquran” şirkəti tərəfindən icarəyə götürüləcək və Sinqapur limanında fəaliyyət göstərəcək.

Tanker dəniz yanacağının tədarükü üzrə ixtisaslaşan “Trafigura”, “Frontline” və “Golden Ocean Group”-un birgə müəssisəsi olan “TFG Marine” şirkətini dəniz yanacağı ilə təmin edəcək. “Fratelli Cosulich Bunkers Singapore” şirkəti “TFG Marine”-nin marağı üçün gəminin texniki idarəçiliyini öz üzərinə götürəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır