Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

“Liman İcma Sistemi”nin (“PCS”) vahid məlumat platforması təqdim olunub

Avropa Komissiyası və Bolqarıstan Avropa İttifaqının digər investorlarla birgə maliyyələşdirdiyi “Liman İcma Sistemi”nin (“PCS”) vahid məlumat platformasını təqdim edib.

“Seanews.az” xəbər verir ki, platformanın inkişafı üçün Avropa Regional İnkişaf Fondundan 4 milyon avro ayrılıb.

“PCS” liman icmaları daxilində məlumat mübadiləsi üçün nəzərdə tutulub. O, kritik məlumatları bölüşmək və xidmətin çatdırılmasını asanlaşdırmaq üçün birdən çox təşkilat tərəfindən idarə olunan çoxsaylı sistemi vahid şəbəkəyə inteqrasiya edir. Xüsusilə, gömrük bəyannamələrinin elektron emalı “PCS” vasitəsilə həyata keçiriləcək, idxal və ixrac malları haqqında məlumatlar da təqdim olunacaq.

İnformasiya sisteminin hazırlanması və tətbiqinə 44 ay vaxt sərf olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır