Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-12,
Seanews
Heyder Eliyev

“Maersk” "yaşıl" metanolla işləyən ilk konteyner gəmisini istismara qəbul edib

Danimarkanın “A.P. Moller-Maersk” şirkətlər qrupu ekoloji cəhətdən təmiz metanolla işləyən dünyanın ilk konteyner gəmisini (2,1 min TEU tutumlu) istismara qəbul edib.

“Offshore Energy” sahə saytına görə gəmi “Hyundai Mipo Dockyard Co.” və Hyundai Heavy Industries Co” tərsanələrində inşa edilib.

İndi fider konteyner gəmisi Ulsandan (Cənubi Koreya) Kopenhagenə (Danimarka) 21,5 min km-lik marşrut üzrə ilk səfərə hazırlanır. Səfər zamanı yeni mühərriklər və metanoldan istifadənin səmərəliliyi real şəraitdə sınaqdan keçiriləcək.

Danimarka gəmiçilik şirkəti 2024 və 2025-ci illər arasında bir neçə yeni böyük tutumlu metanolla işləyən konteyner gəmilərini təhvil almağa hazırlaşır. Hazırda şirkət tutumu 16 min TEU ilə 17,2 min TEU arasında olan 18 gəmi gözləyir.

İlk və uzun səfər üçün konteyner gəmisi lazımi həcmdə ekoloji cəhətdən təmiz metanolla təmin olunacaq: “Maersk” ISCC sertifikatlı biometanolun tədarükü üçün Niderlandın “OCI Global” istehsalçısı ilə müqavilə bağlayıb.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır