Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Avropa ölkələri Şimal dənizini nəhəng bərpa olunan enerji təsərrüfatına çevirmək istəyirlər

Almaniya, Belçika, Niderland, Böyük Britaniya, Lüksemburq, Fransa, Norveç, İrlandiya və Danimarka dənizdə külək stansiyaları kimi müvafiq infrastrukturu yerləşdirməklə Şimal dənizini nəhəng bərpa olunan enerji təsərrüfatına çevirmək üçün razılığa gəliblər.

Bu barədə “Associated Press” məlumat yayıb.

2030-cu ilə qədər bu yolla 120 GVt-a qədər, 2050-ci ilə qədər isə 300 GVt-a qədər elektrik enerjisi istehsal etmək planlaşdırılır. Planın həyata keçirilməsi Avropanın enerji müstəqilliyini təmin etməyə kömək etməlidir.

Eyni zamanda, Avropa liderləri Rusiyanın bu planlara reaksiyasından ehtiyat edirlər. Rusiya qüvvələrinin dəniz infrastrukturuna “təhlükə” yarada biləcəyi göstərilir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır