Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkəti də elektrik furqonları istehsal edəcək

“CMA CGM”, “Renault” və “Volvo” yeni nəsil elektrik furqonlarının istehsalı üçün birgə müəssisə yaradırlar.

Bu barədə “Seanews.az” “CMA CGM”-yə istinadən məlumat verir. Yeni şirkət “Flexis SAS” adlanır.

“CMA CGM” gəmiçilik şirkəti “PULSE” enerji investisiya fondu vasitəsilə yeni birgə müəssisədə 10% pay əldə edib və “Flexis SAS”-a strateji investisiya qoyuluşunda maraqlı olduğunu təsdiqləyib. 2026-cı ilə qədər qrup elektrik furqonlarının istehsalına təxminən 120 milyon avro sərmayə qoymağı planlaşdırır.

Öz növbəsində, “Volvo Group” və “Renault Group” şirkətləri “Flexis SAS”-da 45% paya malikdir və növbəti üç il ərzində istehsala 300 milyon avro sərmayə qoymaq niyyətindədir.

Maşınlar Fransada “Renault Group”-un zavodlarından birində istehsal olunacaq.

Tam elektriklə işləyəcək avtomobillər müxtəlif texnologiyalarla, o cümlədən yüklərin çatdırılması və əməliyyat səmərəliliyinin monitorinqi sistemi ilə təchiz olunacaq ki, bu da istismar xərclərini 30% azaldacaq.

“CMA CGM” qeyd edir ki, dekarbonizasiya tələbləri daha da sərtləşir, buna görə elektriklə işləyən nəqliyyat vasitələrinə Avropa yük daşımaları bazarında tələbat artacaq. 2030-cu ilə qədər onların sayının hər il 40% artacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır