Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

“Terntank” neft və kimyəvi maddələrin daşınması üçün daha bir hibrid tanker sifariş edib

Tanker donanmasının sahibi və operatoru “Terntank” (Danimarka) MGO, bioyanacaq və metanolla işləyə bilən iki yanacaqlı mühərrikə malik küləklə hərəkət edən neft və kimyəvi hibrid tankerin tikintisini sifariş verib.

“Seanews.az” xəbər verir ki, çatdırılma 2027-ci ilin birinci rübünə planlaşdırılıb.

15 000 dwt gücündə olan gəmi metanolla işləyən mühərrik, külək enerjisi, hibrid batareya sistemi və sahil enerjisi bağlantısı daxil olmaqla innovativ “Hybrid Solution Plus” həlləri ilə təchiz olunacaq.

Bu gəmi də2025-ci ildə çatdırılması nəzərdə tutulan üç oxşar iki yanacaqlı tanker kimi Çinin “China Merchants Jinling Shipyard” (Yangzhou) tərsdanəsində inşa ediləcək. Kongsberg tərəfindən hazırlanmış tankerlər üçün metanol təchizatı sistemləri “Auramarine” şirkətinə sifariş edilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır