Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Balidə bərə batıb, 61 nəfər itkin düşüb

İndoneziyanın Bali adası yaxınlığında sərnişin bərəsi batıb.

AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla iyulun 2-də gecə saat 23:20-də İndoneziyanın Yava və Bali adaları arasındakı Bali boğazında baş verib.

Axtarış-xilasetmə agentliyinin açıqlamasında deyilir ki, bərədə 53 sərnişin və 12 nəfər heyət üzvü, habelə 22 nəqliyyat vasitəsi olub. Xilasedicilər 4 nəfəri sudan sağ çıxarıblar.

Hazırda digərlərinin axtarışları davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır