Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Üzən LNG terminalları Cənubi Koreya gəmi inşaatçılarını çətin vəziyyətdən çıxarır

Böyük Britaniyada yerləşən gəmiqayırma və gəmiçilik üzrə bazar araşdırması agentliyi olan “Clarkson Research”-ə görə, şimal və qərbi Avropa sahillərində yerləşdiriləcək üzən mayeləşdirilmiş təbii qazın saxlanması, emalı və boşaldılması (FSRU) sistemlərinin sayı 11-ə yüksələcək. 2023-cü ilin sonuna qədər onların sayı daha yeddi gəmi ilə tamamlanacaq.

Gələn ilin sonuna qədər isə bütün dünyada FSRU üzən terminallarının sayı tikilmiş və modernləşdirilmiş gəmilər də daxil olmaqla 53 ədədə çatacaq.

Avropa ölkələri Rusiya Federasiyasından boru kəməri qazının idxalından imtina etmək üçün alternativ olaraq bu həcmləri mayeləşdirilmiş təbii qazın (LNG) alınması ilə əvəz etməyə çalışırlar. “Clarkson Research” hesab edir ki, dünya LNG idxalının təxminən 12%-i FSRU tipli üzən qurğular vasitəsilə həyata keçirilir.

Cənubi Koreyalı gəmi istehsalçıları FSRU gəmilərinin inşasında ən yaxşılardan sayılırlar. 2021-ci ildə bütün dünyada tikilmiş 35 FSRU gəmisindən 33-ü Cənubi Koreyanın gəmiqayırma zavodlarının payına düşür.

Xüsusilə, Cənubi Koreyanın “Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) şirkəti bu yaxınlarda “Accelerate Energy” ilə 170 000 kubmetrlik üzən LNG terminalının tikintisi üçün 475,7 milyard vonluq müqavilə imzalayıb. 2022-ci ildə bu, FSRU gəmisinin tikintisi üçün dünyada ilk sifarişdir. Məlumdur ki, “KSOE” gəmiqayırma zavodu 2026-cı ilə qədər sifarişi tamamlamağı və FSRU-nu sifarişçiyə təhvil verməyi planlaşdırır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır