Dənizçilikdə yenilik: Avtonom naviqasiya artıq kütləvi istehsala hazırdır
Cənubi Koreyanın “HD Hyundai” qrupuna məxsus "Avikus" şirkəti hazırladığı "HiNAS Control" avtonom naviqasiya sistemi üçün beynəlxalq təsnifat cəmiyyəti DNV-dən "tip onayı" (Type Approval) alıb. Bu, dünya gəmiçilik tarixində müxtəlif növ gəmilər üçün nəzərdə tutulmuş kütləvi istehsal oluna bilən sistemə verilən ilk belə sertifikatdır.
“Seanews.az” xəbər verir ki, bu sertifikat avtonom texnologiyanın eksperiment mərhələsindən çıxaraq rəsmi şəkildə qlobal bazara daxil olduğunu sübut edir. Artıq sistemin hər bir gəmi üçün ayrılıqda yoxlanılmasına ehtiyac qalmayacaq.
"HiNAS Control" ətrafdakı gəmiləri və maneələri müstəqil şəkildə qavrayır, qərar qəbul edir və toqquşmalardan yayınmaq üçün gəmini avtonom şəkildə idarə edir.
Sistem gecə vaxtı və əlverişsiz hava şəraitində beynəlxalq dənizçilik qaydalarına (COLREGs) uyğun olaraq uğurla sınaqdan keçirilib.
Texnologiya artıq 2023-cü ildən “HD Hyundai” tərəfindən inşa edilən gəmilərdə standart funksiya kimi tətbiq olunur və hazırda 500-dən çox gəmi üçün sifariş alınıb.
Bu addım dənizlərdə insan amili ilə bağlı qəzaların azaldılması və naviqasiya səmərəliliyinin artırılması istiqamətində ən böyük ticari maneəni aradan qaldırmış oldu.

