• Bakı, 2021-11-28,
Seanews
Heyder Eliyev

miçilik növbəti Təqaüd Proqramını elan

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Azərbaycan Dövlət Dəniz Akademiyası”nın daha iki tələbəsinin  xarici ölkədə  təhsil almasını maliyyələşdirəcək. Bu məqsədlə 2017-ci il üzrə Təqaüd Proqramı elan olunub.  Müraciət   üçün   IV kurs tələbəsi və ya məzun olmaq şərtdir.  Aşağıdakı sənədlər tələb olunur: Dil sertifikatı Şəxsiyyət vəsiqəsi Diplom və qiymət cədvəli (transcript) Diplomunu hələ almayanlar üçün qiymət cədvəli ilə birlikdə ADDA-nın məzunu olması barədə arayış İki tövsiyə məktubu Hərbi bilet   və ya hərbi möhlət hüququ haqqında sənəd Sağlamlıq haqqında arayış Bununla yanaşı, ərizəçilər seçilmiş ali təhsil müəssisəsində tələb edilən xarici dili bilməli, oxuduğu müddətdə orta təhsil balı 80-dən yuxarı olmalı, təhsilini bitirdikdən sonra beş il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işləməlidirlər.Arzu edənlər 2017-ci il martın 17-dək müraciət edə bilərlər. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi gənclər siyasətinə, o cümlədən yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanmasına, işə qəbul olunanların bilik və bacarıqlarına, Dəniz Akademiyasının maddi-texniki və kadr bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Gənclərin dənizçilik sahəsində qabaqcıl beynəlxalq təcrübəyə daha dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. İstedadlı və perspektivli gənclərin xarici dövlətlərin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədilə Təqaüd Proqramının təsis edilməsi də bu addımlardan biridir. Xatırladaq ki, sözügedən Təqaüd Proqramı iki ildir həyata keçirilir. Artıq Azərbaycan Dövlət Dəniz Akademiyasının dörd tələbəsi Gəmiçiliyin vəsaiti hesabına xarici ölkədə oxuyur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır