Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Remontowa” gəmiqayırma zavodu mayeləşdirilmiş təbii qazla işləyən bərələr inşa edəcək

Polşanın “Remontowa” gəmiqayırma zavodu mayeləşdirilmiş təbii qazla işləyən “RoPax” gəmiləri inşa etmək üçün sifariş alıb.

“Seanews.az” xəbər verir ki, üç gəmi-bərənin tikintisinə dair müqavilə cümə günü Qdanskda imzalanıb.

Sifarişçi “Polskie Promı” şirkətidir.

Polşanın “Polska Żegluga Morska”  gəmiçilik şirkəti “Polsteam” kimi də tanınır.

Bərələrin uzunluğu 195,6 metr, eni 31,6 metr, maksimal sürəti 19 düyün olacaq.

1994-cü ildə yaradılmış bərə şirkəti hazırda Polşa və Skandinaviya arasındakı marşrutlarda yeddi gəmini istismar edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır