• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

“CMA CGM” konteyner daşımaları üçün spot qiymətləri artırmamaq qərarına gəlib

“CMA CGM”, bir müddət konteyner daşımaları üçün spot qiymətləri artırmayacaq.  

"Seanews.az" xəbər verir ki, moratorium 2021-ci il sentyabrın 9-dan 2022-ci il fevralın 1-dək tətbiq olunur.

Şirkətdən bildirilir ki, 2021-ci ilin əvvəlindən bəri limanlarda sıxlıq və bazarda daşıma qabiliyyətinə olan tələbat və təklif balansının pozulması səbəbindən konteyner daşımaları üçün spot dərəcələri artmaqda davam edir.

Faiz artımının önümüzdəki aylarda da davam etməsi gözlənilsə də, “CMA CGM” spot faiz artımlarından müvəqqəti olaraq imtina etmək qərarına gəlib.

"Prioritetimiz gəmiçilik sahəsində görünməmiş bir vəziyyət qarşısında müştərilərimizlə uzunmüddətli əlaqələr qurmaqdır",-deyə şirkətin açıqlamasında bildirilir.

“CMA CGM”-ın son hesabatına görə, şirkətin 2021-ci ilin ilk yarısında xalis mənfəəti 5,58 milyard dollar olub. Bu, bir il əvvəlkindən 26,8 dəfə çoxdur. 2020-ci ildən donanmasının tutumu 11% artıb, bundan başqa,  “CMA CGM” son 15 ay ərzində konteyner parkını 780 min TEU artırmağa nail olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır