"Da Vinci" yaxtası yanaraq batıb - VİDEO
28 metrlik "Da Vinci" yaxtası Aralıq dənizində, İspaniyanın Balear adaları yaxınlığında yanaraq batıb.
"Seanews.az" xəbər verir ki, hadisə avqustun 11-də saat 18:20 radələrində mühərrik otağında yanğın baş verməsi ilə başlayıb.
İspaniyanın axtarış-xilasetmə xidməti “Salvamento Marítimo” dərhal hadisə yerinə xilasetmə kateri göndərib. İlkin mərhələdə alovun söndürüldüyü düşünülərək yaxtanı sahilə çəkməyə cəhd göstərsələr də, yanğın sürətlə bütün gövdəyə yayılıb və gəmi batıb.
Rəsmilər bildiriblər ki, göyərtədə olan 7 nəfərin hamısı xilas edilib və vəziyyətləri yaxşıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır